Milyarder qondarma qurumun "dövlət naziri" "vəzifəsindən" azad edilib
Erməni milyarder Ruben Vardanyan Qarabağ separatçılarının "dövlət naziri" "vəzifəsindən" gedib.
AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Qarabağdakı qondarma qurumun "prezidenti" Arayik Arutyunyan "hökumətin" iclasında deyib.
Arutyunyan Ruben Vardanyanın "dövlət naziri" "vəzifəsindən" azad edildiyini açıqlayıb.
Baş separatçı bildirib ki, "respublikanın baş prokuroru" Qurgen Nersisyana "dövlət naziri postu"nu təklif edib.