Prezident İlham Əliyev Sərəncam imzalayıb
Prezident İlham Əliyev Rövşən Çingiz oğlu Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, dövlət başçısının digər Sərəncamı ilə, Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.