Romada Papa Fransiskin ölümü səbəbindən bütün ictimai tədbirlər ləğv edilib

Dünya

21.04.2025 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Roma şəhərində aprelin 21-i və 22-si üçün planlaşdırılan bütün ictimai tədbirlər Roma Papası Fransiskin ölümü ilə əlaqədar ləğv edilib.

AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Roma meriyasının məlumatında bildirilib.

"Müqəddəs atanın vəfatı ilə bağlı hörmət və kədər əlaməti olaraq bu gün və sabah üçün planlaşdırılan bütün ictimai tədbirlər ləğv edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, aprelin 21-də qeyd olunan Roma şəhərinin əsasının qoyulmasının ildönümünə həsr olunmuş tədbirlər ləğv edilib. Qeyd edək ki, Roma aprelin 21-də əsasının qoyulmasından 2778 il keçməsini qeyd edir. Adətən müxtəlif tədbirlər keçirilir, şəhərdə mərasimlər və kostyumlu yürüşlər təşkil olunur.

Matəm əlaməti olaraq Romada Kici hökumət sarayında bayraqlar endirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş