“Gələcəyimiz də bu su kimi qaradır: su olmadan həyat yoxdur”
Romada “Son nəsil” hərəkatının ekofəalları məşhur “Dörd çay” fəvvarəsinə qara boya töküblər. AYNA xəbər verir ki, bu barədə xarici media yazıb.
Qeyd olunub ki, boya kömür əsasında hazırlanıb. Bu addımla ekoaktivistlər qalıq yanacaqların istifadəsinə qarşı olduqlarını bəyan ediblər. Onların fikrincə bu, Yer səthində temperaturun artmasına səbəb olur.
Fəallar bildiriblər ki, quraqlıq kənd təsərrüfatı və enerji istehsalı üçün təhlükə yaradır.
“Gələcəyimiz də bu su kimi qaradır: su olmadan həyat yoxdur, temperaturun artması ilə biz quraqlığa meyilli oluruq”, - deyə fəallardan biri bildirib.
Hadisə yerinə polis əməkdaşları gəlib. Fəallar saxlanılıb.