Rəsmi statistika şübhə doğurur: <font color=red> İşin içində iş var</font>

İqtisadiyyat

29.02.2020 - 10:51

“Həqiqi məlumatlara sahib olmaq üçün hesablamalarla məşğul olacaq müstəqil bir quruma ehtiyac var”

 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu ildə ölkədə 192 min yeni iş yeri açılıb. Keçən il 9,4 min iş yeri isə bağlanıb. Bağlanmış iş yerlərinin 51,5%-i özəl sektorda idi.

 

Ümumiyyətlə, rəsmi statistika pessimizmi ruhlandırmır. Ekspertlər və adi vətəndaşlar isə bunun ölkənin əmək sektorundakı real vəziyyəti əks etdirdiyinə şübhə ilə yanaşırlar. Həqiqətən neçə nəfərin iş yerini itirdiyi məlum deyil.

 

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, rəsmi statistika çox vaxt şübhə doğurur: “Problem ondadır ki, hesablamalarda yalnız Dövlət Statistika Komitəsi iştirak edir. Alternativ mənbələr yoxdur və nəticələri yoxlamaq, rəqəmləri müqayisə etmək mümkün deyil. Yuxarıdakı rəqəmlərdə biz yalnız rəsmi şəkildə işləyən müəssisələrdən, yəni rəsmi əmək sektorundan danışırıq. Bundan əlavə, VÖEN-i qeydiyyata alınan, sonradan bu və ya digər səbəbdən sahibkarlıq fəaliyyətini dayandıran fərdi sahibkarlar da nəzərə alınıb. ASAN xidmət və DOST mərkəzlərində belə bir tendesiya mövcuddur ki, onlar staj əsasında işləyən işçilərini də qeydiyyata alır və bununla da yeni iş yerləri qazanmış olurlar”.

 

“Hər hansı bir nəticə çıxarmaq üçün hansı sektorlarda işlərin bağlandığını, hansı peşələr arasında ən çox işdən çıxarılanların olduğunu, konkret olaraq harada yeni iş yerlərinin açıldığını bilmək lazımdır. Dəqiq, şəffaf bir tərtibata ehtiyacımız var, həmin tərtibat isə yoxdur və bu da bir çox sual və şübhələr doğurur. Həqiqi məlumatlara sahib olmaq üçün həm də hesablamalarla məşğul olacaq müstəqil bir quruma ehtiyac var. Bir çox ölkələrdə işçilərin hüquqları uğrunda mübarizə aparan və işçilərin mənafelərinə əsaslanaraq işəgötürənlərə tələblər irəli sürən həmkarlar ittifaqları tərəfindən statistika aparılır. Ölkəmizdə birliklər formal xarakter daşıyır. Haradasa QHT-lər statistika ilə məşğul olur, lakin Azərbaycanda zəruri məlumatlar əldə edən QHT yoxdur”, - Cəfərli bildirib.

Elya Belskaya