“ABŞ-ın düşmən təxribatları Koreya yarımadasındakı narahatedici təhlükəsizlik vəziyyətini daha da təhlükəli səviyyəyə çatdırır”
“Amerikanın Koreya yarımadasında və dünyada siyasəti nüvə böhranına gətirib çıxarır”. AYNA Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) ABŞ və Cənubi Koreya arasında keçirilən təlimlərlə bağlı açıqlamasında qeyd edilib.
“ABŞ-ın düşmən təxribatları Koreya yarımadasındakı narahatedici təhlükəsizlik vəziyyətini daha da təhlükəli səviyyəyə çatdırır və regionda nüvə münaqişəsi riskini artırmağa davam edir”, - bəyanatda deyilir.
Şimali Koreya XİN hesab edir ki, “Birləşmiş Ştatların nüvə hegemonluğu ambisiyalarına aludə olması səbəbindən dünya hazırda görünməmiş nüvə böhranı ilə üz-üzədir”.
“Ümumi vəziyyət onu göstərir ki, Vaşinqtonun Koreya yarımadasında, Asiya-Sakit okean regionunda və bütün dünyada müstəqil suveren dövlətləri nüvə silahı ilə sıxışdırmaq cəhdi son dərəcə ciddi istiqamətdə inkişaf edir. Bir tərəfin artan nüvə təhlükəsi və nüvə siyasətinin təxribatçı şəkildə korrektə edilməsi qarşı tərəfin özünümüdafiəsinin nüvə qarşısının alınmasının gücləndirilməsi və qabaqlayıcı nüvə siyasətinin başa çatdırılması zərurətini ortaya qoyur”, - deyə rəsmi Pxenyan bəyan edib.