Rəsmi Moskvadan sülhməramlılarının Qarabağda qalma müddəti barədə AÇIQLAMA

Aktual

04.10.2023 - 14:53

Zaxarova: “Moskva Bakı ilə Rusiya sülhməramlılarının Qarabağda qalma məsələsini müzakirə edəcək”

Moskva Rusiya sülhməramlılarının Qarabağ ərazisində qalma müddətini Bakı ilə müzakirə edəcək və bu, regiondakı vəziyyətə görə müəyyənləşəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, sülhməramlılar Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Qeyd edək ki, sentyabrın 25-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qarabağda Rusiya hərbçiləri “əsl qəhrəmanlıq” nümayiş etdirirlər. O, izah edib ki, Moskva regiondakı vəziyyətə görə məsuliyyəti sülhməramlıların üzərinə qoymaq cəhdləri ilə qəti şəkildə razı deyil.

Müəllif: Ayna.az