Rəsmi Moskvadan Putin, Əliyev və Paşinyanın Soçi görüşü barədə AÇIQLAMA

Aktual

26.11.2021 - 15:45

Həkimlər Klinikalar SEO Xidməti

Rudenko: “İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətləri müəyyənləşəcək”

“Rusiya ümid edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq”.

AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib: “Bizim gözləntilərimiz, Cənubi Qafqaz regionunda insanların çoxdan gözlədiyi sülh və sabitliyin tezliklə bərqərar olmasıdır”.

“Soçi görüşü bütövlükdə noyabrın 9-da üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələr edildiyini və bundan sonra nələrin edilə biləcəyini, necə irəliləyəcəyini görmək məqsədi daşıyır. Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri bu perspektiv istiqamətləri müəyyən edəcəklər”, - Rudenko bildirib.

Diplomat əlavə edib ki, Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var: “Bunlar nəqliyyat-kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlıdır. Təəssüf ki, sərhəddə zaman-zaman müəyyən silahlı insidentlərin, hətta insanların həlak olmasının şahidi oluruq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş