Hikmət Hacıyev: “Ordumuz düşmənin təxribatlarına layiqli cavab verir”

Aktual

19.10.2020 - 17:53

“Hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir”

 

“Humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri təxribatlar törətdi. Azərbaycan Silahlı Qüvvələri isə onların layiqli cavablarını verdi. Bunun nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edildi. Bununla bağlı Prezident, Ali Baş Komandan İlham Əliyev də özünün "Twitter" hesabından xalqımıza xoş xəbəri çatdırıb”.

 

AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi bildirib ki, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarına layiqli cavab verir.

Müəllif: Ayna.az