Rəsmi Bakıdan Vaşinqtona CAVAB

Xəbərlər

25.01.2023 - 13:15

“Yaxşı olardı ki, Ermənistana öhdəlikləri yerinə yetirmək və qanunsuz fəaliyyətə son qoymaq üçün çağırış edilsin”

“1000-dən artıq avtomobilin Azərbaycanın Qarabağ bölgəsinə təchizat aparması üçün Laçın yolundan keçidi Dövlət Departamentinin dediklərinin əksini sübut edir”.

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

 “Yaxşı olardı ki, Ermənistana öhdəlikləri yerinə yetirmək və qanunsuz fəaliyyətə son qoymaq üçün çağırış edilsin”, - deyə Hacızadə əlavə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı “blokada”nı açmağa çağırmışdı.

Müəllif: Ayna.az