Rəsmi Bakıdan İrəvana sülh prosesi ilə bağlı çağırış

Xəbərlər

21.11.2023 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan XİN sülh prosesinin müzakirəsi üçün dövlət sərhədində görüşlə bağlı Ermənistana çağırış edib

“Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında qeyd olunub.

“Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az