Rektor: "“Qırmızı diplom”un heç bir üstünlüyü yoxdur”

Xəbərlər

27.01.2022 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

“Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir”

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “qırmızı diplom”un hazırda üstünlüyünün olmamasından danışıb. AYNA xəbər verir ki, rektor bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.

Muradovun sözlərinə görə, sovet dövründə müəyyən tələblərə cavab verən məzunlara “qırmızı (fərqlənmə) diplom” verilirdi: “Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı diplom” digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda  tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq, hələ də “qırmızı diplom” verilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş