Quterreş Livana hərbi texnikanın verilməsinə çağırıb

Dünya

18.01.2025 - 20:18

Həkimlər Klinikalar SEO Xidməti

BMT-nin baş katibi: "Biz Livan ordusunu gücləndirmək üçün əlimizdən gələni etməliyik"

Beynəlxalq ictimaiyyət Livan silahlı qüvvələrinin öz ölkəsini və xalqını müdafiə edə bilməsi üçün gücləndirilməsinin zəruri olduğunu düşünür.

AYNA xəbər verir ki, bunu Beyrutda respublikanın baş naziri səlahiyyətlərini icra edən Nəcib Mikati ilə danışıqlar aparan BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Biz Livan ordusunu gücləndirmək üçün əlimizdən gələni etməliyik. Əhalinin müdafiəsini təmin etmək üçün hazırda Livan hərbçilərinin hərbi texnika ilə təmin edilməsi çox vacibdir”, - Quterriş vurğulayıb.

Müəllif: Ayna.az