Prezident İlham Əliyev Sərəncam imzalayıb
Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Osman oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.
AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Q.Qurbanov "Qarabağ" futbol klubunun baş məşqçisidir.