Qubada birmərtəbəli kotec yanıb

Hadisə

20.03.2024 - 23:12

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Quba rayonunun Qrızdəhnə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli kotecin yanar konstruksiyaları yanıb.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az