Yol qaya parçalarından təmizlənib
Qaya parçalarının düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub. AYNA xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, mayın 25-də Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Əlik bələdiyyəsinin ərazisində qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.
Əraziyə cəlb olunan canlı qüvvə və xüsusi texnikaların köməyi ilə yol qaya parçalarından təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub.