Neçə nəfərin ölməsi ilə bağlı dəqiq məlumatın gələn həftə məlum olacağı bildirilib
Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "Omicron" ştammından ölüm qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Omicron" ştammından neçə nəfərin ölməsi ilə bağlı dəqiq məlumat gələn həftə məlum olacaq və hazırkı mərhələdə araşdırmalar davam etdirilir.