Qonşu ölkədə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılıb

Dünya

22.02.2022 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Martın 1-dən Gürcüstanda karantin məkanlarının və COVID-19 xəstələri üçün otellərin fəaliyyəti dayandırılacaq

AYNA-nın məlumatına görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edilib. Qərara əsasən, açıq havada fəaliyyət göstərən iaşə obyektlərində 15 nəfərin, qapalı məkanlarda isə 10 nəfərin eyni masa arxasında əyləşməsinə icazə verilib. Şuranın qərarında, həmçinin martın 15-dən Gürcüstanda konfransların, seminarların və təlimlərin keçirilməsinə tətbiq edilən məhdudiyyətlərin də ləğv edilməsi öz əksini tapıb. 60-dan çox adamın bir yerə toplanmasını qadağan edən qaydaların tətbiqi dayandırılacaq.

Şura yaxın günlərdə Gürcüstanda tibbi maskadan istifadə məcburiyyətinin, eləcə də ictimai məkanlarda termal yoxlanış qaydasının da ləğv edilə biləcəyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş