Qobustanda mağaza yandırılıb

Hadisə

28.06.2024 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az