Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Qobustan qəsəbəsində 35 yaşlı kişi yol qəzasında xəsarət alıb.
AYNA "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Nuriyev Elvin Həkimağa oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır .