“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanılıb

Xəbərlər

19.01.2022 - 15:38

Həkimlər Klinikalar SEO Xidməti

İki ədəd sənədləri olmayan “İJ” və “Tula” markalı ov tüfəngləri götürülüb

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, rayonun Ağalıkənd kəndi ərazisində qanunsuz ov edən Biləsuvar rayon sakinləri Samir Rəsulov və Davud Kərimov saxlanılıblar.

Onlardan iki ədəd müvafiq sənədləri olmayan “İJ” və “Tula” markalı ov tüfəngləri və qanunsuz olaraq ovladıqları “Qırmızı kitab”a düşmüş turac quşları aşkarlanıb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş