Qətl törətməkdə şübhəli bilinən tələbə saxlanılıb

Hadisə

08.02.2023 - 12:17

Polis əməkdaşları tərəfindən Rəşad Muxtarov saxlanılaraq istintaqa təhvil verilib

Fevralın 8-də saat 3 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, aparılan araşdırmalarda cinayət əməlini həmin yataqxanada qalan 2002-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Rəşad Muxtarov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

 

Müəllif: Ayna.az