Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb

Xəbərlər

03.03.2024 - 14:02

Həkimlər Klinikalar SEO Xidməti

Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb

Martın ikisi Xaçmazda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi açılıb. AYNA xəbər verir ki, bu barədə Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayon sakini 1990-cı il təvəllüdlü Kamran Niftəliyevə xəsarətlər yetirilməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırma zamanı 1986-cı il təvəllüdlü Faiq Cəbrayılovun martın biri saat 23 radələrində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən kafelərdən birinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Faiq Cəbrayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Müəllif: Ayna.az