“Qərb Zelenskinin varisləri kimi onları nəzərdən keçirir” – ADLAR

Dünya

11.12.2023 - 14:28

“Qərb Zelenskini yerinə yetirilməmiş vədlərinə və kobudluğuna görə əvəzləmək istəyir”

“Qərb Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovu, Kiyev meri Vitali Kliçkonu, Prezident Aparatının rəhbəri Andrey Ermakı və Prezident Aparatının keçmiş müşaviri Aleksey Aretoviçi Ukrayna Prezidenti Volodimir Zelenskinin varisləri kimi nəzərdən keçirir”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu ifadələr Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda əksini tapıb.

“Dövlət başçısı kimi Zelenskinin mümkün varisləri nəzərdən keçirilir. Xüsusilə, bu ilin noyabrında Brüsseldə keçirilən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində qeyd olunub ki, Ukraynanın yüksək rütbəli hərbçilərindən biri, məsələn, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zalujnı Ukraynanın yeni lideri ola bilər”, - məlumatda vurğulanıb.

Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd edir ki, Ukrayna Prezidentinin dəyişdirilməsi ilə bağlı müzakirələr aparıcı Qərb dövlətlərinin yüksək rütbəli məmurları arasında tez-tez baş verib.

Bundan əlavə, məlumatda vurğulanıb ki, Qərb Zelenskini yerinə yetirilməmiş vədlərinə və kobudluğuna görə əvəzləmək istəyir.

Müəllif: Ayna.az