Əsgər Omarov: "Təsvir etməyə çalışdıqları şəxs mən deyiləm"
Rusofob olmaqda ittiham edilən Qazaxıstanın yeni naziri Umarov imicini demonizasiya etdiyini açıqlayıb.
Qazaxıstanın yeni informasiya naziri Əsgər Omarov "Facebook" səhifəsində rusofob olması ilə bağlı ittihamlara cavab verib. AYNA xəbər verir ki, Omarov deyilənləri böhtan adlandırıb.
“Mənim obrazımın demonizasiyası ilə bağlı yazılara rast gəldim. Təsvir etməyə çalışdıqları şəxs mən deyiləm. Əvvəlki bütün vəzifələrimdə rusiyalı və digər tərəfdaşlarla səmərəli iş aparmağa çalışmışam. Qələbə günü kimi ümumi tarixlər də daxil olmaqla, birgə yaxşı layihələr həyata keçirmişik”, - deyə yeni nazir söyləyib.
Omariv qeyd edib ki, Rusiya ilə müttəfiqlik münasibətlərinin Qazaxıstan üçün nə qədər vacib olduğunu başa düşür: “Rusiya Federasiyasının ölkəmizə dəstəyi hörmət və minnətdarlıq yaradır. Mən tolerantlıq və xalqlar dostluğu prinsiplərinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaşlıq münasibətlərinə sadiq olduğumu bir daha təsdiqləmək istəyirəm”.
Nazir vurğulayıb ki, Rusiya və digər ölkələrin mediası ilə yaxşı əlaqələr yaratmaq, faydalı təcrübə mübadiləsi aparmaq niyyətindədir.
Qeyd edək ki, Rusiya mediasında və Qazaxıstanın bəzi media orqanlarında gedən yazılarda Omarovun pantürkist olduğu, Rusiyaya nifrət etdiyi barədə iddialar irəli sürülüb.