Qazaxıstanda oxumaq istəyənlərin nəzərinə!

Xəbərlər

28.03.2023 - 13:41

Təqaüdlə təhsil imkanı var

Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına müraciət davam edir. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Proqrama müraciətlər aprelin 30-dək qəbul olunur.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

Ətraflı məlumatı nazirliyin saytından əldə etmək olar.

Müəllif: Ayna.az