Hövzədə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün birgə işləmək qərarı verilib
Qazaxıstan və Özbəkistan Aral hövzəsində ekoloji vəziyyəti birgə yaxşılaşdırmaq niyyətindədir. AYNA qazax mediasına istinadən xəbər verir ki, Qazaxıstan parlamenti Məclisinin deputatları martın 13-də müvafiq qanun layihəsini qəbul ediblər.
Deputat Edil Janbirşin bildirib ki, əməkdaşlıq aşağıdakı əsas istiqamətlər üzrə aparılacaq: havanın və suyun çirklənməsinin qarşısının alınması və ona nəzarət, bərk məişət tullantılarının idarə edilməsi, bioloji müxtəlifliyin qorunması, Aralda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün birgə tədbirlərin işlənib hazırlanması. Hövzə, ətraf mühitin monitorinqi, birgə təhsil müəssisələrinin formalaşdırılması, kadr hazırlığı və tərəflər ətraf mühitə zərər verən fövqəladə halların qarşısının alınması üçün bütün lazımi tədbirləri görəcəklər”.
Qeyd edilib ki, Qazaxıstanla Özbəkistan arasında da xüsusi komissiya yaradılacaq.