Qazaxıstan və Çin sazişlər paketini imzalayıblar

Dünya

27.06.2024 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

629,1 milyon dollar dəyərində 17 sənəd imzalanıb

Qazaxıstan və Çinin nümayəndə heyətləri Urumçidə keçirilən regionlararası forum çərçivəsində ümumi dəyəri 629 milyon dollardan çox olan sazişlər paketi imzalayıblar. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, forum çərçivəsində 629,1 milyon dollar dəyərində 17 sənəd imzalanıb. Onların arasında Almatı vilayətində 10 yarımstansiyanın və elektrik xətlərinin tikintisi və modernləşdirilməsinə, həmçinin elektrik avadanlıqları istehsal edəcək zavodunun inşasına dair sazişlər, günəbaxan yağı və quru dəvə südünün tədarükünə dair müqavilələr var.

Eyni zamanda, Urumçidə “Expo China – Avrasiya” beynəlxalq sərgisi işə başlayıb. Bu, bazara yönələn sayca səkkizinci peşəkar brend sərgisidir. Sərginin açılış mərasimində Özbəkistan və Qırğızıstanın hökumət başçıları, həmçinin Qazaxıstan və Tacikistan baş nazirlərinin müavinləri iştirak ediblər.

Müəllif: Ayna.az