Novosibirskdən Mahaçqalaya uçan təyyarədə 173 sərnişin olub
Qazaxıstan üzərində qəza siqnalı verən Rusiyanın Hava Yollarına məxsus S7 təyyarəsi Omsk hava limanına təhlükəsiz şəkildə eniş edib. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilib ki, Novosibirskdən Mahaçqalaya uçan təyyarədə 173 sərnişin olub. Ekipaj texniki nasazlıq səbəbindən Omskdakı alternativ aerodroma eniş etmək qərarına gəlib.
Qeyd edək ki, 19 oktyabr S7 təyyarəsi qəza siqnalı verib. Uçuş zamanı təyyarə qəfildən Omsk istiqamətində istiqamətini dəyişib.