Fondda qazax kinosunun şah əsərləri yer alıb
Almatıda baş verən iğtişaşlar nəticəsində Qazaxıstan kinosunun "Qızıl fondu" yandırılıb.
AYNA xəbər verir ki, bu barədə “Atameken Business” telekanalı məlumat yayıb.
Telekanal qeyd edib ki, fondda qazax kinosunun şah əsərləri yer alıb. Eyni zamanda, telekanal Almatı hadisələri nəticəsində hansı filmlərin nüsxələrinin zədələndiyini və harada saxlandığını bildirməyib.