Qazaxıstan baş verənləri xaricdən hücum kimi qiymətləndirir

Dünya

06.01.2022 - 08:07

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstana sülhməramlı qüvvələri göndəriləcək

Qazaxıstan hökuməti ölkədəki vəziyyəti kənardan hücum kimi qiymətləndirib.

AYNA xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyindən bildirilib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi Qazaxıstan tərəfindən yardım üçün müraciətin daxil olduğunu təsdiqləyir. Müraciətdə bildirilir ki, bu vəziyyət xaricdə təlim keçmiş quldur birləşmələrinin hücumu kimi qiymətləndirilir”, - təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, Qazaxıstan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr aparıb, respublikaya hərbi yardım göstərilməsi üçün təşkilata üzv dövlətlərin başçılarına müraciət göndərib.

“KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”, - məlumatda bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş