Rayonun altı sakini sənədləri olmayan yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya bildirilib ki, keçirilən müvafiq tədbirlər nəticəsində həftə ərzində altı nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər.
Qeyd edilib ki, bu il ərzində keçirilən müvafiq tədbirlər nəticəsində iki əl qumbarası, yeddi silah aşkarlanıb. İl ərzində əməliyyat yolu ilə vətəndaşdan bir odlu silah əldə edilib və cinayət işi başlanılıb. Eyni zamanda, dörd tapıntı və iki könüllü silah təqdim edilib.
Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.