Qazaxda səkkiz tona yaxın çətənə kolu məhv edilib

Xəbərlər

27.07.2023 - 13:44

cedabet dərman SEO Xidməti

“Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib

Qazaxda səkkiz tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətnin əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fərəhli, Abbasbəyli, Yuxarı Salahlı və Birinci Şıxlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 7 ton 780 kiloqram olan, çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş