Qazaxda avtomobil iki piyadanı vurub

Hadisə

17.02.2024 - 21:27

Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib

Qazax rayonunda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2 nəfəri avtomobil vurub. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az