Qarabağı tərk edən erməni sakinlərin sayı açıqlanıb

Xəbərlər

25.09.2023 - 09:07

Bölgədən gedən ermənilərin sayı 2906-ya çatıb

Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməniəsilli sakinlərin sayı 2906-ya çatıb. AYNA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd olunub ki, insanların bütün gecəboyu keçidi baş tutub.

Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.

Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.

Müəllif: Ayna.az