İşğaldan azad edilmiş ərazilərin 63 hektardan çoxu mina və PHS-lərdən təmizlənib
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Agentlikdən AYNA-ya bildirilib ki, noyabrın 8-dən 13-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 57 piyada əleyhinə mina, 56 tank əleyhinə mina və 20 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 63.6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.