Braziliyalı dayaq yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb
“Qarabağ” Futbol Klubu Portuqaliyanın “Santa Klara” klubundan Julio Romaonu transfer edib.
AYNA xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Qeyd edilib ki, braziliyalı dayaq yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Julio Romao komandada 6 nömrəli formanı geyinəcək.