"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub olub

İdman

28.08.2024 - 23:20

Həkimlər Klinikalar SEO Xidməti

Ağdam klubu Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb.

AYNA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 33-cü dəqiqədə Marko Pyatsa açıb. 53-cü dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş