Dmitri Kuleba: “Hələlik Alyans bununla bağlı dəqiq strategiya hazırlamayıb”
“Qara dəniz Baltikyanı kimi “NATO dənizi”nə çevrilməlidir. Lakin hələlik Alyans bununla bağlı dəqiq strategiya hazırlamayıb”. AYNA xəbər verir ki, bu çağırışı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba edib.
Nazirin sözlərinə görə, Rusiya əksinə, həmişə oxşar strategiyaya malik olub və bu, onun bu regionda güclənməsinə səbəb olub.
“Biz Qara dənizin demilitarizasiyasına çağırırıq ki, sülhsevər, qanuna tabe olan ölkələr ondan ticarət və səyahət üçün istifadə edə bilsin”, - deyə Kuleba bildirib.