Qar yağacaq, yollar buz bağlayacaq

Xəbərlər

25.02.2024 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 776 millimetr civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş