Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Xəbərlər

08.04.2023 - 23:30

cedabet dərman SEO Xidməti

Qanun pozucuları barəsində protokol tərtib olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Xızı, Siyəzən rayonları akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

AYNA-nın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakini Cavid Məmmədov, Neftçala rayon sakini Ramin İmanov, Xızı rayon sakini Ramil Quliyev, Balakən rayon sakini Tacəddin Şəkiliyev, Yevlax rayon sakini Zahir İdrisov, Siyəzən rayon sakinləri Bəxtiyar Eyvazov, Vasif Nəhirmanov və Rahib Dəmirov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş