Qalstanyan: “Paşinyan görüşməkdən qorxur”

Dünya

27.05.2024 - 10:55

“Toplaşmazdan əvvəl qurbanlar haqqında bilmirdik”

Ermənistanın Tavuş yeparxiyasının arxiyepiskopu, “Vətən naminə Tavuş” hərəkatının rəhbəri Baqrat Qalstanyan günə Müqəddəs Anna kilsəsinin həyətində başlayıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Kilsə yaxınlığında jurnalistlərin Baş nazir Nikol Paşinyanla görüşməyə cəhd edib-etmədiyi barədə sualına Qalstanyan mənfi cavab verib: “Paşinyan görüşməkdən qorxur”.

Qalstanyan Tavuş və Loridə fəlakətin baş verməsi, itkilərin olması fonunda dünən onun mitinq təşkil etməsi, mahnılar, musiqilər səsləndirilməsi ilə bağlı ittihamlara da cavab verib: “Toplaşmazdan əvvəl qurbanlar haqqında bilmirdik, bildiyimiz anda etdiyimiz hərəkətləri dayandırdıq”.

Arxiyepiskop eyni zamanda vurğulayıb ki, hakimiyyətin qurbanların adını çəkməyə belə haqqı yoxdur.

Müəllif: Ayna.az