"Qalatasaray" Avropa Liqası ilə vidalaşıb

İdman

18.03.2022 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

"Barselona" 2:1 hesablı qələbə qazanıb

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Qalatasaray" mübarizəni dayandırıb.

AYNA-nın APA-ya istinadən məlumatına görə, İstanbul klubu Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" səddinə ilişib.

"Cim-bom" ilk görüşdə səfərdə qolsuz bərabərə qalmasına baxmayaraq, doğma arenasında bundan yararlana bilməyib. Halbuki matçda hesabı Domenek Torrenin yetirmələri açıb. 26-cı dəqiqədə Markao fərqlənib. Lakin cəmi 9 dəqiqə sonra Pedri bərabərlik topunu vurub.

Fasilədən dərhal sonra kataloniyalılar Pyerr-Emerik Obameyanqın (50) qolu sayəsində hesabda önə keçib. Qalan dəqiqələrdə meydan sahiblərinin cəhdləri heç bir nəticə verməyib.

2:1 hesablı qələbə "Barselona"nı 1/4 finala yüksəldib. Xavi Ernandesin yetirmələrinin bu mərhələdəki rəqibi sabah keçiriləcək püşkatmadan sonra müəyyənləşəcə

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş