“Qarabağ”ın üzvlərinin test nəticələri açıqlanıb

İdman

19.05.2020 - 17:02

Testin bütün nəticələri mənfi çıxıb

 

“Qarabağ”ın rəhbərlik, futbolçu, məşqçi və personal heyətindən koronavirus testi götürülüb. Klubdan AYNA-ya verilən xəbərə görə, artıq testlərin nəticələri açıqlanıb. Testin bütün nəticələri mənfi çıxıb

 

Qeyd edək ki, Ağdam klubunun Suraxanıda yerləşən bazasında mütəmadi olaraq dezinfeksiya işləri aparılır və gigiyena qaydalarına tam riayət olunur.

Müəllif: Ayna.az