Meksika klubunun 8 futbolçusunda COVID-19 aşkarlanıb

İdman

22.05.2020 - 03:29

Futbolçuların adları açıqlanmayıb

 

Meksikanın “Santos Laquna” klubunun 8 futbolçusu koronavirusa yoluxub.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. “Santos Laquna”nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.

 

Xatırladaq ki, Meksikada koronavirus pandemiyasına görə çempionatları erkən yekunlaşdırılıb.

Müəllif: Ayna.az