Azərbaycanlı idmançı Kadırovla döyüşüb – <font color=red> VİDEO</font>

İdman

24.06.2019 - 12:50

Zabit Səmədov: “Səninlə hər görüşdən sonra enerji yığıram”

 

Azərbaycanlı K-1 idman növü üzrə peşəkar döyüşçü Zabit Səmədov “Instagram” hesabında Çeçenistan Prezidenti Ramzan Kadırovla maraqlı video paylaşıb.

 

AYNA xəbər verir ki, idmançının paylaşdığı videoda Ramzan Kadırov onu ad günü münasibəti ilə onu təbrik edib. Daha sonra onlar döyüş videolarını paylaşıblar. Belə ki, onların məşq xarakterli döyüş keçirdiyi aydın görünür.

 

İdmançımız görüş haqqında fikirlərini də sosial şəbəkədə bölüşüb. O, Kadırova müraciətlə yazıb: “Səninlə hər görüşdən sonra enerji yığıram. Tezliklə “Axmat” klubunun bayrağı altında döyüş hazırlıqlarına başlayacam”.

Müəllif: Ayna.az