Putinlə Paşinyan arasında telefon danışığı olub

Xəbərlər

21.11.2021 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti və Ermənistan Baş naziri üçtərəfli razılaşmaların reallaşdırılmasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında həftə ərzində ikinci dəfə telefon danışığı olub. AYNA bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyət və vəziyyətin stabilləşməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan razılaşmaların reallaşması istiqamətində görülən tədbirlərin müzakirəsi davam etdirilib. N. Paşinyan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş