Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb

Dünya

07.12.2021 - 22:30

Həkimlər Klinikalar SEO Xidməti

Danışıqlar iki saat davam edib və qapalı şəraitdə baş tutub

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlarda müzakirə edilən məsələlər açıqlanıb.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçıları iki ölkənin münasibətlərində strateji sabitliyi müzakirə ediblər. Danışıqlarda habelə İran məsələsində birgə fəaliyyəti, Ukrayna ətrafında gərginliyin aradan qaldırılması diqqət mərkəzində olub.

Qeyd edək ki, danışıqlar iki saat davam edib və qapalı şəraitdə baş tutub.

Bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş