Putinin Türkiyəyə səfərinə hazırlıq gedir

Dünya

25.07.2024 - 15:34

cedabet dərman SEO Xidməti

Peskov: “Prezidentin səfərinin tarixi hələ müəyyən edilməyib”

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq fəal şəkildə davam edir. Tarix hələ müəyyən edilməyib”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisi səfərə hazırlıqla bağlı suala “aktivdir, lakin tarix hələ məlum deyil” deyə cavab verib.

İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair danışıqları Türkiyədə aparmaq niyyətini açıqlayıb. O vurğulayıb ki, Türkiyə yalnız bu ölkə Prezidenti Bəşər Əsədin analoji addımlarından sonra Suriya ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atmağa hazır olacaq.

İyulun 25-də Rusiya Prezidenti Vladimir Putin Kremldə Bəşər Əsədlə görüşüb. Hər iki lider dünyada və ayrı-ayrı regionlarda baş verən hadisələri müzakirə etməyin zəruriliyini qeyd ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş