Putinin Federal Məclisə müraciət tarixi açıqlanıb

Dünya

10.02.2023 - 17:08

cedabet dərman SEO Xidməti

Peskov: “Fevralın 21-də Rusiya Prezidenti Federal Məclisdə çıxış edəcək”

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciət edəcək. AYNA TASS-a istinadən xəbər verir ki, tarixi Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Fevralın 21-də Rusiya Prezidenti Federal Məclisdə çıxış edəcək. Tədbir “Qonaq evi”ndə baş tutacaq”, - Peskov bildirib.

Prezidentin mətbuat katibi qeyd edib ki, Putin mesajında ​​diqqəti müharibəyə, həmçinin iqtisadiyyat və sosial sahəyə yönəldəcək.

Qeyd edək ki, Putin sonuncu dəfə 2021-ci ilin aprelində Federal Məclisə müraciət edib. 2022-ci ildə müraciət olmayıb. Peskov bunu dövlət başçısının gərgin iş qrafiki ilə izah etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş